| |||||||
|
Məktəb təşvişi nədir?Məktəb təşvişi nədir?Məktəb qorxusu (həyəcanı, təşvişi) məktəbə qarşı hiss edilən ifrat qorxu və həyəcan hissidir. Bu hissin əsas səbəbi uşağın valideynlərdən və emosional olaraq bağlandığı insandan ayrılmasıdır. Uşaqlarda məktəb haqqında az miqdarda qorxu və həyəcanın olmasını normal qəbul etməyimizə baxmayaraq, bəzi uşaqlar bu hissi həddən artıq şiddətli yaşayırlar. Şiddətli qorxu səbəbi ilə uşağın məktəbə getməkdən imtina etməsi və ya ağlayaraq getməsi məktəb qorxusu pozuntusunun əsas diaqnostik əlamətidir. Məktəb qorxusu olan uşaqların ortaq cəhətləriBu uşaqlarda sosial ünsiyyət qurmaqda çətinlik çəkmə, qapalı və utancaq olmalarına tez-tez rast gəlinir. Müvəffəqiyət qayğısı ilə yaşayırlar, sözə qulaq asan, evdə özlərini qəbul etdirən xarakter özəllikləri vardır. Bu uşaqlar ailələrinə, ələxsus da, analarına çox bağlı olurlar.Valideynsiz bir yerə getmək, hər hansı bir işi görməkdən boyun qaçırırlar. İstədikləri şeylər həmin an həyata keçməsə, hansısa hiyləli bir metoda əl atmaqdan çəkinməzlər. Məktəb qorxusunun əlamətləriƏlamətlər yaşa görə fərqlənsə də, bəzi əlamətlər demək olar ki, bütün yaş qruplarında özünü göstərir. Səhərlər ortaya çıxan üzdəki qorxu ifadəsi, məktəbə getməkdə istəksizlik, yalvarmaq, cəza verilməsinə baxmayaraq məktəbə getməyi rədd etmə, ağlamaq, əsəbi davranışlar, qarın ağrısı, baş ağrısı, qusma, halsızlıq kimi əlamətlər tez-tez rast gəlinir. Bu əlamətlər məktəbə yaxınlaşdıqca maksimum səviyyəsinə qalxır və dərs sonrası evə qayıdarkən, eləcə də şənbə və bazar günləri yavaş-yavaş itib getməyə başlayır. Valideynlərin üzərinə düşən öhdəliklərUşaq məktəbə getmədən əvvəl ona bu barədə məlumat verməli və məktəb gəzdirilməli, uşaq məktəbə girməkdən boyun qaçırsa belə ən azından məktəbin həyətində olmalı, həmin an evə qayıdılmamalı, uşaqla qorxuları barədə danışılmalı, müzakirə edilməli, məktəbə gedəcəyi gün uşağa əlavə həyəcan yaradılmamalı və sıradan bir gün kimi rəftar edilməlidir. Müəllimlərin üzərinə düşən öhdəliklərMüəllimlər bu cür uşaqların valideynlərinə dərs sonuna qədər sinifdə oturmalarına şərait yaratmalı, uşağın sinifdə qalma müddəti əvvəlcə bir saat, sonra yarım gün, daha sonra isə tam dərs müddəti olaraq mərhələli şəkildə artırılmalı, uşağın müvəffəqiyətləri mükafatlandırılmalıdır. MüdaxiləMüdaxilə məsələsində iki əsas yanaşma üsulu var: psixoterapiya və dərman vasitəsi ilə müalicə. Hər iki müdaxilə metodunun məqsədi uşağın məktəb qorxusunu aradan qaldırmaq və onun dərs fəaliyyətini qaydasına salmaqdır. | ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |