|
|||||
|
Müayinə və proseduralara hazırlanmaElektroensefaloqrafiya (EEQ)Müayinəyə hazırlanma İnsan dərisi ifraz etdiyi yağ beyinin elektrik potensiallarının kecirilməsinə mane törədir. Beləliklə, EEG müayinəsinin keyfiyyətli nəticəsini almaq ücün müayinədən bir gün öncə başı bir dəfə yumaq lazımdır. Bununla yanaşı texniki personal EEG elektrodlarını qoşmazdan öncə dərini spirtlə təmizləyəcəklər. Gel, muss və saç spreylərinin istifadəsi keyfiyyətli EEG nəticəsinin almasına mənfi təsir göstərir. Müayinə günü onların istifadəsi məsləhət olunmur. EEG müayinəsindən əvvəl kofe, cay və başqa kofein tərkibli maddələrin qəbulu məsləhət deyil. Əgər EEG müayyinəsi yuxu vəziyətində aparılmalıdırsa, xəstəyə müayinədən əvvəlki gün gec yatmaq ve ya müayinə günü erkən oyanmaq həkim tərəfindən məsləhət oluna bilər. EEG müayinəsindən 12 gün öncə bəzi dərmanların qəbulu müalicə həkimin tərəfindən dayandırıla bilər. |
||||
© MƏDİNƏ Tibb Mərkəzi |