Psixoloq, loqoped, xüsusi pedaqoq və idman məşğələləri fərdi şəkildə aparıla bilər. Fərdi məşğələlər bərpanı uşağın individual tələblərinə uyğunlaşdırmaq üçün ən geniş imkanlar yaradır.
Fərdi dərslərdə bərpa problemlərinin bütün diapozonu ilə və istənilən yaş qrupları ilə iş aparılır.
Dərslər 45 dəqiqə müddətində həftədə 1–3 dəfə (ağırlıq dərəcəsindən asılı olaraq) aparılır. Hər dərsin sonunda valideyn dərs haqqında məlumatlandırılır və ev tapşırıqları verilir.
Fərdi məşğələlər digər proqramlarda olan uşaqlar üçün də (ABA və ESDM) tədbiq oluna bilər. Belə vəziyyətdə fərdi məşğələlər əsas proqrama əlavə olunmaqla, onu daha da effektiv edə bilər.
|