logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Autizm digər xəstəliklərin nəticəsi ola bilərmi?

Kamran Salayev, nevroloq, t.e.n.

Bəzi xəstələrdə autizm pozuntusu digər nevroloji xəstəliyin nəticəsi ola bilər. İki nevroloji xəstəlik — tuberoz skleroz (tuberous sclerosis) və fragile X xromosomu sindromunda — autizmin klinik mənzərəsinin əmələ gəlməsinə tez-tez səbəb olur. Autizm xəstələrin təqribən 2–4%-də fragile X xromosomu sindromu aşkar olunur. Autizm xəstələrin təqribən 1–4%-də isə tuberoz skleroz xəstəliyi aşkar olunur. Digər tərəfdən, tuberoz sklerozdan əziyyət çəkən uşaqların 25–50%-də isə autizm əlamətləri müşahidə olunur (yəni, onlar autizm spektrə düşür).

Lakin, autizm xəstələrinin böyük əksəriyyərində autizmin səbəbi ola biləcək digər nevroloji xəstəlik aşkarlanmır. Autizm xəstələrinin yalnız 6%-də digər nevroloji xəstəliklər aşkarlanır ki, onları autizmin səbəbi kimi qəbul etmək mümkündür. Başqa sözlə, autizm xəstələrinin 90%-də bu pozuntunun əmələ gəlməsinə əsas ola biləcək hər hansısa başqa nevroloji (və ümumiyyətlə, tibbi) səbəb aşkarlanmır.

Mənbələr:

  1. Fombonne E. Estimated prevalence of autism spectrum conditions in Cambridgeshire is over 1%. Evid Based Ment Health 2010;13:32
  2. Wiznitzer M. Autism and tuberous sclerosis. J Child Neurol. 2004 Sep; 19:675-9