logo
logo
Autizm
XTM

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir çoxu adi məktəblərdə keçirilən tədris proqramından tam şəkildə faydala bilmirlər. Bəziləri isə məktəb yaşına çatandan sonra öz vəziyyətinə görə adi məktəbə gedə bilmirlər. Bu uşaqlar üçün MƏDİNƏ Tibb Mərkəzində Xüsusi Tədris Mərkəzi proqramı yaradılmışdır.

Xüsusi Tədris Mərkəzi proqramında uşaqlar zəif olduqları sahələrdən mütəxəssislərlə intensiv və təkbətək fərdi dərslər alırlar.

Diaqnoza əsaslanaraq (serebral iflic, Daun sindromu, autizm spektri pozuntusu, ağır disleksiya və s.) ayrı-ayrı mütəxəssislərin (loqoped, psixoloq, xüsusi müəllim və s.) dərs saatları məsləhət edilir. Dərslər 45 dəqiqə individual şəkildə davam edir.

Xüsusi Tədris Mərkəzi proqramında uşaqlar siniflərə bölünür. Hər sinifdə 5–6 uşaq olmaqla həftə içi beş gün 9:00-dan 15:00-a qədər dərslər aparılır (həftəyə 30 saat dərs yükü). Uşaqlar psixoloq nəzarəti altında loqoped, xüsusi müəllim və idman məşğələləri almış olurlar. Bununla yanaşı çox önəmli olan gündəlik həyat bacarıqları təlimləri və gələcək həyatda lazım ola biləcək sənət bacarıqları öyrədilir (əl işləri, rəsm, musiqi, kulinariya və s.).

Xüsusi Tədris Mərkəzi proqramının yaş məhdudiyyəti yoxdur.

Bizim
digər bərpa proqramlarımız:

ESDM ABA QRUP ferdi dərslər

Autizm haqqında

Autizmlə bağlı videolarımız

Youtube kanalımız