Artıq 5 ildən çoxdur ki, MƏDİNƏ Tibb Mərkəzində ABA Qrupları proqramı davam edir. Bu proqram autizm spektri və bir sıra başqa inkişaf problemləri olan uşaqlar üçün nəzərdə tutulmuşdur.
ABA qruplarının bir çox üstünlükləri var.
İlk növbədə bu proqramda uşaqlar həm qrup məşğələləri, həm də fərdi məşğələlər (loqopedik, psixoloji və idman) alırlar. Belə yanaşma bərpa prosesinə balans gətirir: qrup məşğələlərində uşaqlar sosial bacarıqlarını inkişaf etdirir, təkbətək dərslərdə isə onların zəif olan fərdi bacarıqları üzərində işlənilir.
ABA qruplarının digər üstünlüyü bərpanın daha intensiv keçməsidir. Məlumdur ki, autizm pozuntusunda bərpanın uğurlu olmasının əsas şərtlərdən biri onun intensiv olmasıdır, yəni bərpaya cəlb olunan uşaq ilə həftədə daha çox işləmək imkanı yaradılmalıdır. ABA qrupları məhz bu imkanları təmin edə bilər: uşaqlar hər həftə 12 saat (günaşırı) və ya 24 saat (hər gün) bərpa məşğələləri alırlar.
Üçüncü üstünlüyü ABA qruplarının davamiyyətidir. Proqramda istifadə olunan psixoloji alətlər hər bir uşaq üçün proqramı uyğunlaşdırmaq imkanı verir, və uşağın inkişaf səviyəsi artıqça məşğələlərin məzmunu onun tələblərinə görə dəyişdirilir.
ABA qruplarının proqramları yüksək dərəcədə strukturlaşdırılmışdır. Hədəflənən bacarıqlar və davranışlar müəyyən edilmiş kurikuluma əsaslanır. Hər bacarıq kiçik addımlara parçalanıb və təlqinlər (ipuclar) vasitəsi ilə öyrədilir. Addımlar mənimsənildikcə, təlqinlər (ipuclar) tədricən aradan qaldırılır. Bacarıqlara mərkəz şəraitində nail olunandan sonra, həmin bacarıqların təbii mühitdə öyrənilməsi üçün yardım olunur.
Müvəffəqiyyət ABA-nın həlledici komponentləri olan birbaşa müşahidə, məlumat toplanması və təhlili vasitəsilə ölçülür. Uşaq kifayət qədər tərəqqi nümayiş etdirmirsə, proqrama əlavələr edilir.
|