| |||||||
|
Epileptik tutma və epilepsiya eyni anlayışlardırmı?Xeyr. Epileptik tutmalar epilepsiya xəstəliyinin əsas əlaməti olsa da, digər xəstəliklərdə də tez-tez rast gəlinir. Beyin funksiyasını pozan bir çox xəstəliklər epileptik tutmaları törədə bilər. Adətən həmin xəstəliklər müalicə olunub sağalandan sonar epileptik tutmalar təkrarlanmır. Epilepsiya xəstəliyinin əlaməti kimi qəbul olunmayan epileptik tutmaların ən sadə misal kiçik uşaqlarda olan «qızdırma tutmaları»dır. Altı yaşına qədər uşaqlarda qızdırmanın 38,5 ºC-dən yüksək qalxması epileptik tutmaları törədə bilər. Bu tutmaların səbəbi (təkanı) bədən hərarətinin yüksək olmasıdır. Buna görə qızdırma tutmasını keçirmiş uşaqda qızdırması olmayan vaxtda epileptik tutma gözlənilmir. Beləliklə, qızdırma tutması mexanizminə görə epileptik tutma sayılır (çünki tutma beyindəki sinxron hədsiz elektrik boşalmaların nəticəsində baş vermişdir), lakin həmin uşaqda epilepsiya xəstəliyinin diaqnozu qoyulmur (çünki qızdırma tutmaları spontan deyil). | ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |