logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Epileptik tutma nədir?

Kamran Salayev, nevroloq, t.e.n.


Tutma ― beyin funksiyalarının qəfildən pozulmasıdır. Tutmalar epileptik və qeyri-epileptik olur. Epileptik tutmanın səbəbi beyin hüceyrələrinin bir dəstəsinin sinxron (yəni, eyni vaxtda baş verən) hədsiz elektrik boşalmalarıdır. Epileptik tutmaların klinik növləri (təzahürləri) çoxdur. Epileptik tutmanın növü elektrik boşalmaların beynin hansı şöbəsini əhatə etməsindən asılıdır. Məsələn, hissi funksiyalara cavabdeh olan beyin şöbəsində baş verən elektrik boşalmalar müxtəlif hissi əlamətlər törədəcək: ətrafların keyləşməsi, qıdıq hissi, gözlərin qabağında qığılcımlar və s. Hərəki funksiyalara cavabdeh olan beyin şöbəsində baş verən elektrik boşalmaları hərəki təzahürlərlə keçəcək: qıcolma, diksinmə və ya əksinə, əzələlərin boşalması.