logo
Baş səhifə Əlaqə məlumatı Sayt haqqında məlumat
Telefon nömrələri

Əgər EEQ-nin nəticəsi «Normal»dırsa, deməli, epilepsiya yoxdur?

Kamran Salayev, nevroloq, t.e.n.

Kitab artıq satışda

Təəssüf ki, bu məsələ elə də sadə deyil. EEQ müayinələrində epileptik fəaliyyəti aşkarlanılmayan epilepsiya xəstələri mövcuddur. Buna görə EEQ nəticəsinin «Normal» olması «Epilepsiya» epilepsiya diaqnozunu inkar etmir. Xüsusən, tutmaları gecgec olan (məsələn, iki ildə bir dəfə) xəstələrdə tutmaarası müddətdə çəkilən EEQ-də epileptik fəaliyyət aşkarlanmaya bilər. Bundan başqa, beynin bəzi «dərin» şöbələrində yerləşən epileptik ocaqlar (məsələn, gicgah payında) səthi EEQ elektrodları ilə görmək mümkün olmaya bilər. Beləliklə, epilepsiya xəstələrinin böyük əksəriyyətində EEQ-də epileptik fəaliyyət aşkarlanmasına baxmayaraq, xəstələrin bir qismində EEQ müayinələri «Normal»dır və «Epilepsiya » diaqnozunun təsdiqlənməsi digər məlumat mənbələrinə əsaslanır.