| |||||||
|
Autizmin tez-tez rast gəlinən xəstəlikdirmi?Autizm pozuntusunun rast gəlmə tezliyini müəyyən etmək üçün bir neçə irimiqyaslı araşdırma aparılmışdır. Lakin həmin araşdırmaların nəticələrini təhlil etmək bir qədər çətindər, çünki bu araşdırmalar fərqli dövrlərdə və fərqli məkanlarda aparılmışdır. Müxtəlif ölkələrdə bu diaqnozun qoyulması prosesi fərqli ola bilər (həm əhali, həm də tibbi xidmət ölkədən-ölkəyə çox fərqlənir). Bundan başqa vaxt keçdikcə autizmin meyarları və bu cəmiyyət ilə tibbi işçilərin xəstəliyə qarşı “həssaslığı” dəyişir. Bu da öz növbəsində nəticələrə təsir göstərir. Buna baxmayaraq, olan məlumatları təhlil edib, rast gəlmə tezliyini təhmin etmək mümkündür. E. Fombonne 2005-ci ildə bütün autizm spektr pozuntularının rast gəlmə tezliyini 10 000 uşağa 60 xəstə kimi müəyyən etmişdir. M. Rutter isə bütün autizm spektr pozuntularının rast gəlmə tezliyini 10 000 uşağa 30–100 xəstə kimi müəyyən etmişdir. ABŞ-da “Center for Disease Control and Prevntion”nın tərəfindən təşkil olunanan “Autism and Developmental Disabilities Monitoring Network” (ADDM) 2000-ci ildən etibarən autizm xəstəliyini nəzarət altında saxlayır. ADDM-ın tərəfindən bir neçə irimiqyaslı tədqiqat aparılmışdır. 2008-ci ildə tədqiqat ABŞ-nın 14 məkanda aparılmışdır. Tədqiqat zamanı 337 093 səkkizyaşlı uşaq yoxlanılmışdır. Bu tədqiqatın nəticələrə görə bütün autizm spektri pozuntularının rast gəlmə tezliyi hər 1000 uşağa 11,3 nəfərdir (yəni 88 uşaqdan 1-ində). ABŞ-da digər tədqiqatlar oxşar nəticələr göstərmişdir: 2007-ci ildə “National Survey of Children’s Health” 3–17 yaş qrupu uşaqlarında autizmin rast gəlmə tezliyi hər 1000 uşağa 11 nəfərdir. İngiltərədə 2003–2004 tədris ilində 5–9 yaşlı uşaqlar arasında aparılan tədqiqatın nəticələrinə görə autizm spektri pozuntularının rast gəlmə tezliyi 1%-dir. Cənubi Koreyada isə 2006-ci ildə aparılan araşdırma 7–12 yaş qrupunda bütün autizm spektri pozuntularının rast gəlmə tezliyi 1000 uşağa 26,4-dir: yəni 38 uşaqdan birində! Bu tədqiqat nüfuzlu “Ameriсan Journal of Psychiatry”da nəşr olunmuşdur və onun nəticələri çoxsaylı müzakirələrə səbəb olmuşdur. Hətta bu tədqiqatla bağlı həmin jurnalda redaktorun reyi də dərc olunmuşdur. Qeyd etmək lazımdır ki, əvvəlki araşdırmalar, xüsusən 1980-ci ildən əvvəlkilər, daha aşağı rəqəmlər göstərmişdir. Son illər aparılan tədqiqatlar isə daha yüksək rəqəmləri göstərmişdir. Məlum olduğu kimi, bütün autizm spektri pozuntularına tipik autizm (uşaq autizmi, Kanner sindromu), Asperger sindromu, uşaq dezinteqrativ pozuntusu və atipik autizm daxildir. Hal-hazırda olan məlumatlara əsasən onların nisbi rast gəlmə tezliklərini müəyyən etmək olar. Autizm pozuntusu bütün autistik spektri pozuntularının ⅓-ni təşkil edir. Atipik autizm autizm pozuntusundan daha tez-tez rast gəlinir. Onun rast gəlmə tezliyi autizm pozuntusudan təxminən 1,6–2 dəfə arıqdır. Asperger sindromu isə daha az rast gəlinir: onun rast gəlmə tezliyi autistik pozuntusundan təhminən 5 dəfə azdır. Uşaq dezinteqrativ pozuntusu isə çox az rast gəlinir: 100 000 uşağa 4–5 xəstə və ya 65 autizm pozuntusuna 1 uşaq dezinteqrativ pozuntusu. Beləliklə, E. Fombonne bütün autizm spektri pozuntularının rast gəlmə tezliyi 10 000 uşağa 36,4 nəfər kimi müəyyən etmişdir; autizm pozuntusu 13/10 000, atipik autizm 20,8/10 000, və Asperger sindromu 2,6/10 000. ABŞ üçün aparılan hesablamalara görə ölkədə 20 yaşa qədər əhalinin 250–500 min nəfərdə autizm spektri pozuntusu var. Mənbələr:
| ||||||
© MƏDİNƏ Tibb Mərkəzi |
// K.Ə.S.